Abşeron rayonunda baş verən məmur öz başınalığı haqda mətbuatda çox yazılıb . Bu dəfə Cumhuriyyet.az olaraq tanınmış vəkil Aslan İsmayılovun Başına gələnləri olduğu kimi diqqətinizə çatdırırıq: “2013-cü il ikinci dəfə vəkillikdən xaric olunduqdan sonra yeganə gəlir yerim xaricdə apardığım işlər oldu. 2016-cı ildə xaricə çıxışıma qadağan qoyulduqdan sonra bu da kəsildi. Elə o vaxtlar yaxın tanıdığım şəxslərdən biri Azərbaycana sərmayə qoyub fermer təsərrüfatı yaratmaq istədiyini bildirdi. Məmmədlidə torpaq sahəm olduğunu bildirib yardımçı olmağa hazır olduğumu dedim. Bunun üçün torpaqdan istifadə qaydalarını öyrənməyə, ferma tikintisi üçün sənədləşmələrə başladım. Həmin sahənin 20-də bir hissəsi ferma, qalan hissəsi isə yonca əkini üçün nəzərdə tutulmuşdu. Birinci növbədə tikinti sənədlərini hazırladım.”

A. İsmayılov bundan sonta baş verənləri və icra hakimiyyətinin rüşvət tələb edən işçilərinin adlarını detalları ilə qeyd edir. Vəkilin bildirdiklərini cumhuryyet.az olaraqsizə təqdim edirik: “Qanunvericilikdən başqa mövcud praktikanı, həmin sahədə hansı təsərrüfatların olduğunu araşdırdım. Zahirən hər şey uğurlu alınırdı. 2018-ci ilin yayından 2019-cu ilin yayına qədər bu işlərlə məşğul oldum. Buna görə Abşeron rayon İcra Hakimiyyətinin baş memarı Akif adlı şəxslə telefonla da danışdım. Üzünü görməsəm də həmin şəxs çox xoş təəssürat bağışladı. Sənədlər hazır olduqdan sonra yaxın adamımı sənədlərin yoxlanması və təsdiq edilməsi üçün Akif müəllimin yanına göndərdim. Akif müəllim rəsmi baş memar olsa da sənədlərin tamlığını yoxladıqdan sonra yaxınımla birgə icra hakimiyyətində oturub bütün məsələləri həll edən ( belə şəxslər bütün icra hakimiyyətlrində var) Emil adlı şəxsin yanına gedir, sənədlərin qaydasında olduğunu Emilə bildirib kömək etməsini xahiş edir. Həmin şəxs sənədlərin Başçı tərəfindən təsdiq edilməsi üçün, mənim də xahişimi nəzərə almaqla 35 min manat vermək lazım olduğunu bildirir. Bunlar mənə bildirilən kimi yenidən Akif müəllimə zəng edib diqqəti üçün təşəkkür edib bildirdim ki, mən ömrümdə heç kimə rüşvət verməmişəm və verməyəcəm. Söhbətdən Akif müəllim tutuldu və elə söhbətlərdən xəbəri olmadığını, çirkli işlərə qarışmadığını bildirdi. Başa düşdüm ki, Akif müəllim baş memar olsa da sənədləşmə işində bütün səlahiyyətlər başçının pul yığanı kimi tanınan Emil adlı şəxsdən asılıdır. Elə həmin günü Prezident Administrasiyasında Abşeron rayonunun kuratoru Habil adlı şəxsin olduğunu öyrənib 492 74 40 nömrəli şəhər telefonu ilə onunla danışıb baş verənləri ətraflı diqqətinə çatdırdım. Əlavə olaraq onu da bildirdim ki, Prezident İlham Əliyev hər çıxışında ölkəyə sərmayə cəlb olunmasından, sahibkarlığın inkişafının vacib olduğundan danışır, bu iş üçün Rusiyadan 150 min dollar vəsait yatırılması nəzərdə tutulub, sizin kuratoru olduğunuz başçı İradə Gülməmmədovanın adından isə 35 min manat rüşvət tələb olunur. Vəziyyətim onsuz da ağır olduğundan (həmin vaxt artıq 3-cü dəfə məhkum olunmuşdum) hüquq mühafizə orqanlarına müraciət etmək fikrim yox idi. Ancaq problemim həll olunana qədər bu işdən əl çəkmək fikrim də yox idi. Habil müəllim diqqətlə dinləyib tələsməməyi xahiş etdi və problemi başçı ilə dəqiqləşdirəcəyini bildirdi. Növbəti dəfə Habil müəllimin məsləhəti ilə yenidən mənə yaxın olan şəxs icra hakimiyyətinə getdi. Bu dəfə onu İ.Gülməmmədovanın müavini İlham adlı şəxs qəbul etdi. Söhbət onunla yekunlaşdı ki, ya biz 35 min manatı verməli, yaxud da öz riskimizə qanunsuz tikinti işləri aparmalıyıq. Sadəcə İcra Hakimiyyəti buna mane olmayacaq. Bunun bütün iş adamlarının başına tikdikləri torba olduğunu bildiyimdən icazə almadan heç bir tikili aparmağa razı olmayıb yenidən Habil müəllimlə danışdım. Növbəti dəfə İ.Gülməmmədova mənə yaxın olan şəxsi bir neçə nəfərin iştirakı ilə qəbul edib əsl maskarad təşkil edir. Özünü elə aparır ki, guya o rayonda bütün iş adamlarına doğmaları kimi baxır və bizə də kömək etməyə hazırdır. Ancaq ferma tikintisinə icazə verməyə hüququ olmadığını bildirir. Bununla da kifayətlənməyib bizə elə özü təşkilində kömək edəcəyi hansısa parnik biznesi təklif edir. Əlavə olaraq bizim ona böhtan atdığımızı, rayonda heç vaxt, heç kimdən rüşvət tələb olunmadığını bildirir. Bildiriləndə ki, axı orada çoxlu sayda tikintilər var. Cavab verir ki, onun bundan xəbəri yoxdur. Bunların gələcəkdə özünü sığortalamaq üçün otağında aparılan videoçəkilişə hesablanmış şou olduğunu anladım.”

Paylaş