İyunun 9-da Quba rayonu, Sofikənd kənd sakini Sadıq Ramazanovun qəsdən öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Bu barədə Korrupsiya.az-ın sorğusuna cavab olaraq Quba rayon Prokurorluğudan məlumat verilib.
Aparılmış araşdırmalarla müəyyən edilib ki, zərərçəkmişin oğlu Rəvan Ramazanov yaşadıqları evin həyətində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı balta ilə Sadıq Ramazanovun sinə və baş nahiyəsinə xəsarətlər yetirərək qəsdən öldürüb.
Faktla bağlı Quba rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Rəvan Ramazanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda iş üzrə istintaq davam edir.
09:20
Quba rayonunda qətl hadisəsi olub.
“Report”un verdiyi məlumata görə, hadisə rayonun Rustov İnzibati Ərazi Dairəsinin Sofikənd kəndində qeydə alınıb.
Belə ki, kənd sakini, 1996-cı il təvəllüdlü Rəvan Sadıq oğlu Ramazanov atası, 1970-ci il təvəllüdlü Sadıq Rzaqulu oğlu Ramazanovu balta ilə vuraraq öldürüb.
Hadisənin ailə münaqişəsi zəminində baş verdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.