Polşanın “Poqon” klubu “Qarabağ”ın futbolçusu Musa Qurbanlını transfer etmək istəyir.

“Korrupsiya.az” xəbər verir ki, bu barədə “SportoweFakty” saytı məlumat yayıb. Hər iki komanda qış hazırlığını Türkiyənin Antalya şəhərində keçirdiyindən, klublar arasında danışıqlar aparılır. Tərəflərin razılıq əldə etməyə yaxın olduğu və Musanın tezliklə “Poqon”un futbolçusu olacağı bildirilir.

Qeyd edək ki, “Qarabağ” yanvarın 15-də “Poqon”la (Polşa) yoldaşlıq matçına çıxacaq.

Xatırladaq ki, “Qarabağ” daha öncə qış fasiləsində braziliyalı futbolçusu Kadi Borgesi Rusiyanın “Krasnodar” klubuna satıb. Bundan əlavə, Kvabena Ovusunun Macarıstan klubu “Ferentsvaroş”a keçmək istədiyi bildirilir.

Qeyd edək ki, Musa Qurbanlı “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun oğludur.

Paylaş