Sakit okeanın cənub-qərbində yerləşən Papua-Yeni Qvineyada 6,5 ​​bal gücündə zəlzələ olub. 

“Korrupsiya.az” xəbər verir ki, ABŞ Geoloji Xidməti (USGS) Papua-Yeni Qvineyanın Kimbe bölgəsində zəlzələnin 598 kilometr dərinlikdə baş verdiyini açıqlayıb.

“Zəlzələ nəticəsində tələfat hələlik qeydə alınmayıb, lakin afterşoklar bir neçə gün davam edə bilər”, – deyə məlumatda qeyd olunub.

Zəlzələ ilə bağlı bölgədə sunami xəbərdarlığının verilməyib.

Paylaş