Martın 2-dən 3-nə keçən gecə rus qoşunları Baxmut yaxınlığında mühüm nəqliyyat obyektini partladıblar.

“Korrupsiya.az” CNN-ə istinadən xəbər verir ki, ruslar Baxmutu Xromove kəndi ilə birləşdirən körpünü dağıdıblar.

Ukrayna hüquq-mühafizə orqanları bildiriblər ki, körpünü yaxın günlərdə təmir etməyə çalışacaqlar, çünki bu, mülki əhalinin təxliyyəsi və silah-sursat kimi yüklərin daşınması üçün həyati vacibdir.

Eyni zamanda polis bildirib ki, Baxmuta hələ də torpaq yollarla və əkin sahələri ilə getmək olar. Qeyd edək ki, hazırda Baxmut uğrunda Ukrayna-Rusiya arasında şiddətli döyüşlər gedir.

Paylaş