Birləşmiş Ştatlar ticarət əməliyyatlarının “qara siyahısı”nı genişləndirib və daha 37 təşkilatı, o cümlədən Rusiya ordusuna yardım edən və Çin silahlı qüvvələrini dəstəkləyən təşkilatları daxil edib. 

“Korrupsiya.az”  Reuters-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Ticarət Nazirliyi məlumat yayıb.

Myanma və Çində insan hüquqlarının pozulmasına töhfə verən və ya bu pozuntularda iştirak edən şirkətlər də “qara siyahı”ya daxil edilib.

“Biz ABŞ-ın milli təhlükəsizliyinə və ya xarici siyasətinə təhdid yaradan təşkilatları müəyyən etdikdə , əməliyyatlarının yoxlanılmasını təmin etmək üçün onları təşkilatlar siyahısına əlavə edirik” deyə, Dövlət Katibinin köməkçisi Thea Candler  ifadə edib.

Paylaş