Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində tıxac yaranıb.Bu barədə “Korrupsiya.az”a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.Hal-hazırda yollardakı vəziyyət:

1. Heydər Əliyev prospekti əsas yol, mərkəz istiqamətində;

2. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

3. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində;

4. Binəqədi şosesi, “Azadlıq Prospekti” metro stansiyası istiqamətində;

5. Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində;

6. Koroğlu Rəhimov küçəsi, Ak. Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində;

7. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;

8. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

9. Babək prospekti, mərkəz istiqamətində;

10. Ziya Bünyadov prospekti, Olimpiya stadionunun qarşısından “20 Yanvar” metro stansiyası istiqamətində;

11. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən “Dədə Qorqud” parkı istiqamətində;

12. Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər sıxlıq müşahidə olunur.

 

 

Paylaş