Arvadını qəsdən öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb.

 

Bu barədə “Korrupsiya.az” Binəqədi rayon prokurorluğundan məlumat verilib.

Bildirilib ki, aprelin 13-ü saat 10 radələrində Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən gözəllik salonlarından birində 1986-cı il təvəllüdlü Aygün Yusifovanın ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırma zamanı  1980-ci il təvəllüdlü İsrafil Yusifovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı arvadı Aygün Yusifovaya kəsici-deşici alətlə xəsarət yetirməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Hadisədən sonra İsrafil Yusifov könüllü olaraq istintaqa təslim olub.

Faktla bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

İbtidai istintaq davam etdirilir.

Bakıda gözəllik salonunda qadın qətlə yetirilib.

Bu barədə “Korrupsiya.az”a DİN mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, bu gün saat 12:40 radələrində paytaxtın Binəqədi rayonu Rəsulzadə qəsəbəsində gözəllik salonlarından birində 1986-cı il təvəllüdlü Aygün Qərib qızı Yusifovanın kəsici-deşici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Qeyd edilib ki, cinayət əməlini şəxsi münasibətlər zəminində törətməkdə şübhəli bilinən qadının həyat yoldaşı 1980-ci il təvəllüdlü İsrafil Dursun oğlu Yusifov polisə gələrək təslim olub.Araşdırma aparılır.

 

 

Paylaş