Britaniyanın baş naziri Rişi Sunakın qayınanası Sudha Murti Hindistan KİV-ə müsahibə verib.
“Korrupsiya.az” xəbər verir ki, Akşata Murtinin anası Sudha Murti qızının həyat yoldaşı Rişi Sunakın onun həyatına bir çox cəhətdən təsir etdiyini bildirib.
Murti Sunakın qızı sayəsində hakimiyyətə gəldiyini iddia edərək, “Ərini iş adamı etdi. Qızım sayəsində o İngiltərənin baş naziri oldu. Bu, qadınların şöhrətindən irəli gəlir. Arvadın ərini necə dəyişdirdiyini görə bilərsiniz”, – o, ifadə edib.
Qızının da həyat yoldaşının pəhrizinə təsir etdiyini ifadə edən Murti, Sunakın hər cümə axşamı oruc tutduğunu söyləyib