Son zamanlar “Toyota Prius” markalı avtomobillərin sürücülərinin qayda pozması halları ciddi şəkildə artıb. Kimi narkotik vasitələrin təsiri altında “Prius” sürür, kimi də kobud qayda pozuntuları edərək digər hərəkət iştirakçıları üçün təhlükə yaradır.

“Korrupsiya.az”ın məlumatına görə, bu dəfə isə “Prius”un baqajına həddindən artıq yük yerləşdiriblər. Bununla da sürücü yükdaşıma qaydalarını kobud şəkildə pozub və baqajı açıq qoyub. Həmçinin o, avtomobili arxa “bufer”i olmadan idarə edib.

Qeyd edək ki, “Toyota Prius” markalı avtomobillərin əksəriyyəti Bakıda taksi fəaliyyəti ilə məşğuldur.

 

Paylaş