Şamaxı rayonunda ağır yol-nəqliyyat hadisəsi olub.
“Korrupsiya.az”ın məlumatına görə, hadisə bu gün saat 11:30 radələrində Şamaxı-Göylər yolunda baş verib. İki minik avtomobili toqquşub, zərbənin təsirindən onların hər ikisi yoldan çıxaraq aşıb. Hadisə zamanı 5 nəfərin xəsarət aldığı bildirilir.
Yaralılar Şamaxı rayon Mərkəzi Xəstəxanasına aparılıb. Hələ ki, yaralıların adları məlum deyil. Əlavə məlumat veriləcək. Faktla bağlı araşdırma aparılır.
Paylaş