Rusiya ordusu ötən gecə Ukraynanın Xerson vilayətini  ağır artilleriyadan, “Qrad”dan atəşə tutub.

“Korrupsiya.az.az” xəbər verir ki, bu barədə  Xerson şəhər meri Oleksandr Prokudin məlumat yayıb.

Onun sözlərinə görə, hadisə nəticəsində 23 nəfər ölüb, ikisi uşaq olmaqla 46 nəfər yaralanıb.

Bundan əlavə, Ukrayna prezidenti Volodimir Zelenski “Instagram”  hesabında rusların Xersonu atəşə tutmasından sonrkı vəziyyəti paylaşıb. Videoda rusların atəşi nəticəsində ölən və yaralanan insanların görüntüsü əks olunub.

 

 

 

 

Paylaş