Zaqatalada yeni futbol tədbiri keçirilib.
I Divizionda mübarizə aparan «Zaqatala» ilə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş «Ulu Öndər» Kuboku yarışında iştirakıyla əlaqədar yeni yaradılmış «Difai» (Zaqatala) bir araya gəlib.
Görüş yerli Olimpiya Kompleksinin stadionunda baş tutub. Tədbirdə heyətində müharibə iştirakçıları və qaziləri olan «Difai»FK-nın rəhbərliyi də iştirak edib.
Klubun prezidenti Asəf Məlikov «Difai»nin adı, yaradılış məqsədi və gələcək planları barədə məlumat verib.
O, Vətən müharibəsində ermənilərə qarşı döyüşmüş gənclərə, qazilərə idmanda da özlərini göstərmək üçün «Difai»ni ərsəyə gətirdiklərini bildirib.
Vurğulayıb ki, növbəti mövsüm I Divizionda çıxış etmək niyyəti ilə AFFA-ya müraciət ünvanlayıb və əgər federasiya onların bu istəyinə müsbət yanaşarsa, ev oyunlarını regionların birində keçirəcəklər.A.Məlikov «Zaqatala» rəhbərliyinə bu qonaqpərvərliyə görə bir dapha öz minnətdarlığını dilə gətirib və klub adından öz hədiyyələrini təqdim edib.
Məlumat üçün bildirək ki, “Difai” FK rəhbərliyi bundan öncə “Difai” (Şuşa) komandası və “Qarabağ”la görüş keçirib.
Həmçinin “Difai” (Xankəndi) ilə “Turan Tovuz” arasında belə bir toplantı təşkil olunub.