Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı “gərgin vəziyyətə görə” NATO Baş Qərargahının rəisləri ilə danışıqlardan imtina edib.
“Korrupsiya.az” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
“Dünən mən Ukrayna komandanı Zalujnıdan məktub aldım, o, yerdəki gərgin əməliyyat şəraitinə görə NATO Hərbi Komitəsinin iclasında hətta videokonfrans formatında da iştirak edə bilməyəcəyini bildirdi”, – NATO Hərbi Komitəsinin rəhbəri admiral Rob Bauer bildirib.