Xızı rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü qeyd edib  korrupsiya az xəbər verir ki, Xızı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov, Rayon polis şöbəsinin rəisi polis polkovniki Faiq Hüseynov, rayonun məhkəmə sədri, İlqar Cabbarov, Xızı rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə idarəsinin rəisi Gündüz Abbasov, idarə, müəssisə və təşkilatları, ağsaqqallar, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak edib.

 

İlk əvvəl Ulu Öndər Heydər Əliyevin rayon mərkəzində ucaldılan abidəsi önünə gül dəstələri düzülüb Ümummilli Liderin əziz xatirəsini ehtiramla yad ediblər.

Tədbir iştirakçıları Xızı rayon Heydər Əliyev Mərkəzini ziyarət edərək, Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərini özündə əks etdirən fotolara və eksponatlara baxıblar.

Sonra Azərbaycanın Dövlət Himni səsləndirilib, dünya şöhrətli siyasi xadimin əziz və unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dahi şəxsiyyətin parlaq xatirəsinə dərin ehtiram ifadə olunub.

 

Xızı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov qəlbi daim vətən eşqi ilə döyünən, bütün varlığı ilə xalqına bağlı olan, istiqlal yolumuzu və istiqbalımızı nurlandıran, millətini zamanın sərt sınaqlarından yüksək məharətlə çıxararaq, hər bir çətin vəziyyətdən ən düzgün çıxış yolu tapan müdrik Lider Heydər Əliyevin Azərbaycan tarixindəki və beynəlxalq arenadakı rolundan, o cümlədən demokratik, hüquqi dövlət quruculuğundan, ölkəmizin qüdrətlənməsindən, bu günki Azərbaycanın dünyada ən sürətlə və dinamik inkişaf edən dövlətlərdən biri olmasından, ölkənin iqtisadi qüdrətinin artması onun müstəqil siyasət yeritməsindən və əhalinin rifah halının ildən-ilə yüksəlməsindən danışıb.

Daha sonra tədbir, rayonda yerləşən Heydər Əliyev parkında musiqili konsert proqramı ilə davam etdirilib

Paylaş