Qobustanda əkin sahəsində kişi meyiti aşkarlanıb.

“Korrupsiya” xəbər verir ki, ötən gün saat 18:40 radələrində rayon sakini Zahid Rəcəbov əkin sahəsində ölü tapılıb.

Yaxınlarının bildirdiyinə görə, Zahid Rəcəbov son vaxtlar ürək ağrılarından və yüksək qan təzyiqindən əziyyət çəkirmiş.

 

Faktla bağlı araşdırma aparılır.

Paylaş