Türkiyə Silahlı Qüvvələri Şırnakda terrorçulara qarşı keçirilən əməliyyatda 5 terrorçunu zərərsizləşdirib.
“Korrupsiya.az” xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Süleyman Savilo sosial şəbəkədə məlumat verib.
“Şəhidlərimizin qisasını aldıq. Terror bitənə qədər davam edəcəyik”, – deyə nazir açıqlayıb.
Qeyd edək ki, bölgədə həyata keçirilən əməliyyatda terrorçularla atışma nəticəsində 5 əsgər şəhid olmuşdu.
Paylaş