Goranboyda ölümlə nəticələn ağır yol nəqliyyat hadisəsi baş verib.

“Korrupsiya.az”ın məlumatına görə, hadisə rayonun Veysli kədinin yaxınlığında qeydə alınıb.Hərəkətdə olan “VAZ 2106” markalı minik maşını yoldan çıxaraq aşıb.Qəza zamanı bir nəfər ölüb ,bir nəfər isə ağır yaralanıb.Faktla bağlı araşdırma aparılır.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov saytımıza bildirib ki, avqustun 7-də səhər saatlarında Goranboy rayon Veysli kəndi ərazisində yol-nəqliyyat hadisəsi olması barədə Goranboy Rayon Polis Şöbəsinə məlumat daxil olub. Dərhal polis əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb. İlkin araşdırmalar zamanı məlum olub ki, sürücü Babək Hüseynov VAZ markalı avtomobil ilə hərəkətdə olarkən idarəetməni itirərək avtomobili aşırmış və nəticədə sərnişin, 1994-cü il təvəllüdlü Seymur Verdiyev hadisə nəticəsində ölüb. Faktla bağlı araşdırmalar davam etdirilir.

Paylaş