Bakının Suraxanı rayonunda gənc piyadanın ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“korrupsiya.az”un məlumatına görə, yolu keçən 2006-cı il təvəllüdlü Kənan Taleh oğlu Cavadovu avtomobil vurub.

Yaralı təcili tibbi yardımın köməyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona açıq kəllə-beyin travması diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Paylaş