Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

Korrupsiya.az-ın məlumatına görə, hadisə şəhərin Atatürk prospektində qeydə alınıb.

Belə ki, 1994-cü il təvəllüdlü Səfər İbrahim oğlu Hüseynovun idarə etdiyi “KIA Ceed” avtomobili ilə 1967-ci il təvəllüdlü Malik Mirzə oğlu İsmayılovun idarə etdiyi “Toyota Prius” avtomobili toqquşub. Avtomobillərdən biri yolu keçən piyada, 1983-cü il təvəllüdlü Firuzə Yusif qızı Babayevanı vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır.

Paylaş