istədiBakının Suraxanı rayonunda bıçaqlanma hadisəsi baş verib.

“korrupsiya.az”un məlumatına görə, 1982-ci il təvəllüdlü Cavanşir İlyas oğlu Cəfərzadə tanıdığı şəxslə dava zamanı bıçaqlanıb.

Yaralı təcili tibbi yardımın köməyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona döş qəfəsinin kəsilmiş-deşilmiş bıçaq yarası diaqnozu qoyulub. Yaralı əməliyyat olunub.

Faktla bağlı araşdırma aparılır.

Paylaş