Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

“korrupsiya.az” xəbər verir ki, hadisə Xəzər rayonu, Binə qəsəbəsində qeydə alınıb.

Belə ki, iki avtomobilin toqquşması nəticəsində 1997-ci il təvəllüdlü Hüseyn Ələddin oğlu Hüseynov və 1979-cu il təvəllüdlü Rövşən Hüseyn oğlu Musayev xəsarət alıblar.

Hər iki yaralı xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş