Hədə-qorxu ilə tələb etməkdə təqsirləndirilən Nicat Baxşəliyevin (Ocaqlı) barəsindəki hökmdən apellyasiya şikayəti verilib.

Korrupsiya.az-ın əldə etdiyi məlumata görə, şikayət Şəki Apellyasiya Məhkəməsinin hakimi Xəqani Səmədovun sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin ilkin hazırlıq iclası oktyabrın 23-nə təyin edilib.

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nicat Ocaqlı 5 il 6 ay azadlıqdan məhrum edilib və məhkəmə zalında həbs olunub.

İttihama görə, N.Baxşəliyev rəhbəri olduğu “amia.az” saytı vasitəsilə ayrı-ayrı şəxslər barəsində neqativ xarakterli yazlar yazmaqla onlara təzyiq edərək, hədə-qorxu yolu ilə pul tələb etməkdə təqsirlıəndirilir. Təqsirləndirilən şəxs barəsində Yevlax şəhərindəki orta məktəblərin birinin direktorunun şikayəti əsasında cinayət işi başlanıb. Ona qarşı Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsilə ittiham elan olunub.

Paylaş