Bakıda dələduzluq etməkdə təqsirləndirilən Tələt Əlizadənin barəsindəki hökmdən apellyasiya şikayəti verilib.

Korrupsiya.az-ın əldə etdiyi məlumata görə, şikayət Bakı Apellyasiya Məhkəməsinin hakimi Mirzəli Abbasovun sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin ilkin hazırlıq iclası oktyabrın 25-nə təyin edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Tələt Əlizadə 6 il müddətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxs məhkəmə zalında həbs olunub.

Qeyd: Tələt Əlizadə zərərçəkmiş Tural Hüseynovun etibarından sui-istifadə edərək ona qarşı dələduzluq edib. Belə ki, ondan borc olaraq ümumilikdə 150 min manat pul alıb. Ona söz verib ki, əgər borcu qaytara bilməzsə, paytaxtdakı evlərindən birini verəcək. Lakin nəticədə T.Əlizadə zərərçəkmiş şəxsə olan borcu ödəməyib. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

Paylaş