Bakıda məhkum ölüb.

Korrupsiya.az xəbər verir ki, hadisə Penitensiar Xidmətin paytaxtda yerləşən cəzaçəkmə müəssisələrindən birində qeydə alınıb.

Orada saxlanılan Hənifə Barat oğlu Əliyev dünyasını dəyişib. Onun xəstəlikdən öldüyü bildirilir.

Qeyd edək ki, H.Əliyev 2011-ci ildə bələdiyyə sədrinin yeniyetmə oğlunu öldürüb.

Hadisə 12 il əvvəl İmişli rayonunun Qulubəyli kəndində qeydə alınıb.

Kənd icra nümayəndəsinin qardaşı Hənifə Barat oğlu Əliyev kənd bələdiyyəsinin sədrinin 16 yaşlı oğlu Mirnahid Qalib oğlu Nağıyevin kustar üsulla hazırlanmış odlu silahla güllələyib. N.Nağıyev başından aldığı güllə yarasından dünyasını dəyişib

Paylaş