Sumqayıtda 13 yaşlı oğlanı elektrik cərəyanı vurub.

APA xəbər verir ki, 2010-cu il təvəllüdlü Aslan Zaur oğlu Əliyevi yaşadığı ünvanda cərəyan vurub. Uşaq ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Daha sonra A.Əliyevin vəziyyəti ağırlaşdığından Təcili Tibbi Yardım avtomobili ilə Bakıdakı Yanıq Mərkəzinə göndərilib.

Yanıq Mərkəzindən bildirilib ki, dünən mərkəzə daxil olan A.Əliyevə ilkin tibbi yardım göstərilib.

Başın, qulaq seyvanının, sağ yuxarı ətrafın, gövdənin arxa səthinin, sol dabanın 3-cü və 4-cü dərəcəli elektrotexniki yanığı, ən ağır dərəcə yanıq şoku diaqnozu qoyulub. O, daha sonra özəl xəstəxanaya köçürülüb.

Paylaş