Qaradağda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

APA xəbər verir ki, hadisə ”Meyvəli” bazarı adlanan ərazidə qeydə alınıb.

1988-ci il təvəllüdlü Saleh Cəbrayılovun idarə etdiyi “Ford Transit” markalı avtomobillə Bədəl Bədəlovun idarə etdiyi “Lada Priora” markalı avtomobil toqquşub.

Nəticədə Bədəl Bədəlov hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Paylaş