Bakı Apellyasiya Məhkəməsində quldurluqda təqsirləndirilən Pakistan vətəndaşı Chaudhary Shahzad Ali Nasir Alinin barəsindəki hökmdən verilən apellyasiya şirkəti üzrə məhkəmə iclası başa çatıb.

Korrupsiya.az-ın əldə etdiyi məlumata görə, hakim Anar Tanrıverdiyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, şikayət təmin esilməyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 8 il azadlıqdan məhrum edilərək, məhkəmənin iclas zalında həbs olunub.

Qeyd: Pakistan vətəndaşı Chaudhary Shahzad Ali Nasir Ali barəsində Cinayət Məcəlləsinin 181.2.5-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanıb. O, Bakıda əcnəbiyə qarşı quldurluq edib.

Paylaş