Ali Məhkəmədə quldurluqda təqsirləndirilən E.Qasımovun barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Korrupsiya.az-ın əldə etdiyi məlumata görə, hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, onun şikayəti təmin edilməyib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib. Hömdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti verib. Şirvan Apellyasiya Məhkəməsi onun cəzasını dəyişdirilib və E.Qasımova 11 il müddətinə azadlıqdan məhrum olunub. Daha sonra məhkumun müdafiəçisi kassasiya protesti ilə Ali Məhkəməyə müraciət edib.

İttihama görə, hadisə 17 dekabr 2021-ci il tarixdə, saat 00:30 radələrində İmişli şəhəri, Ə.Vahid küçəsində qeydə alınıb. Belə ki, E.Qasımov qonşusu, zərərçəkmiş, 1940-cı il təvəllüdlü M.Əliyeva və ilə onun qızı N.Əliyevanın (hər ikisinin ad, soyadı şərti) yaşadığı evə daxil olub. O, bıçağı yaşlı qadının boğazına dirəyərək onları hədələyib. Həmin şəxslər həyat və sağlamlıqlarının təhlükə altında olduğunu başa düşərək E.Qasımova pulun yataq otağındakı gödəkçəsinin cibində olduğunu söyləyiblər. Təqsirləndirilən şəxs M.Əliyeva məxsus 170 manat pulu həmin yerdən götürüb hadisə yerini tərk edib. Daha sonra E.Qasımov polis əməkdaşları tərəfindən saxlanılıb.

Paylaş