Noyabrın 2-də 1986-cı il təvəllüdlü Zülfiyyə Xamoyevanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Korrupsiya.az xəbər verir ki, bu barədə Binəqədi rayon prokurorluğu məlumat yayıb.
Araşdırma zamanı 1981-ci il təvəllüdlü Qədir Qasımovun rayonun yeni yaşayış massivi ərazisində yerləşən fərdi yaşayış evlərindən birində aralarında yaranmış mübahisə zamanı Zülfiyyə Xamoyevaya bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, prokurorluğun qərarı əsasında Qədir Qasımov şübhəli şəxs qismində tutulub.