Lənkəran Ağır Cinayətlər Məhkəməsində Biləsuvarda qonşusunu öldürməkdə təqsirləndirilən Fəxrəddin Həsənovun cinayət işi məhkəmə iclası başlayıb.

Korrupsiya ın əldə etdiyi məlumata görə, hakim Xamməd Nuriyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası noyabrın 17-nə təyin edilib.

Qeyd: Bu il iyunun 18-də 1983-cü il təvəllüdlü Bayram Bayramovun öldürülməsi faktı üzrə rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb.

İbtidai istintaqla 1970-ci il təvəllüdlü Fəxrəddin Həsənovun qeyd edilən tarixdə Biləsuvar rayonu ərazisində Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün inşa edilmiş 10 saylı qəsəbədə yerləşən çayxanada qonşusu Bayram Bayramovu xuliqanlıq niyyəti ilə qəsdən öldürməsinə, eləcə də arvadı Nəcibə Həsənovanı adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etməsinə və digər cinayətlər törətməsinə əsaslı şübhələr müəyyən edilib.

Fəxrəddin Həsənova Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə), 145.3 (silah kimi istifadə edilən əşyalardan istifadə etməklə zərərçəkmiş şəxsin sağlamlığı üçün təhlükəli olan zor tətbiq edərək ağır nəticələrə səbəb olan adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmə) və digər maddələrilə yekun ittiham elan edilib barəsində həbs qətimkan tədbiri seçilməklə cinayət işi baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Xatırlatma: Bayram Bayramov polis nəfəri kimi əvvəllər polis orqanında xidmət edib, öz arzusu ilə polis orqanlarından xaric edilib.

Paylaş