Şəki Apellyasiya Məhkəməsində Yevlaxda qətl törətməkdə təqsirləndirilən Afət Abdullayev və onun oğlu Təbriz Abdullayevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.
Korrupsiya.az-ın əldə etdiyi məlumata görə, hakim İmanverdi Şükürovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib
Məhkəmənin növbəti iclası noyabrın 28-nə təyin edilib
Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Təbriz Abdullayev 18 il 6 ay və onun atası Afət Abdullayev isə 18 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd: Bu il fevralın 13-ü 2003-cü il təvəllüdlü Yevlax rayon sakini Amin Əsədovun çoxsaylı bıçaq xəsarətləri ilə gətirildiyi rayon mərkəzi xəstəxanasında ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırma zamanı zərərçəkmiş şəxsin atası 1984-cü il təvəllüdlü Ramil Əsədovun da bıçaq xəsarətləri ilə xəstəxanaya daxil olması müəyyən edilib. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlində şübhəli bilinən rayon sakinləri — 1985-ci il təvəllüdlü Afət Abdullayev və onun oğlu 2004-cü il təvəllüdlü Təbriz Abdullayev saxlanılaraq istintaqa təhvil verilib.
Hər iki şəxsə qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi üzrə ittiham irəli sürülüb.