Ali Məhkəmədə Bakıda 19 yaşlı gənci bıçaqlamaqda təqsirləndirilən Murad Zərbəlizadənin barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Korrupsiya.az-ın əldə etdiyi məlumata görə, şikayət hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, şikayət təmin edilməyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü iıə o, 6 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd: Hadisə ötən ilin noyabrında Nizami rayonu ərazisində qeydə alınıb. Belə ki, Heydər Əliyev prospekti 265 ünvanında M.Zərbəlizadə şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı 19 yaşlı Fərhad Soltanovu bıçaqlayıb. Zərbələr onun qarın və sol baldırına dəyib. Daha sonra M.Zərbəlizadə saxlanılıb və onun barəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (Qəsdən sağlamlığa zərər vurma, ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə) maddəsi ilə ittiham irəli sürülüb.

Paylaş