Göygöldə qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Amil İbrahimov barəsindəki hökmdən yenidən kassasiya şikayəti verib.

Korrupsiya.az-ın əldə etdiyi məlumata görə, şikayət Ali Məhkəmənin hakimi İlkin Rəcəbovun sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin ilkin hazırlıq iclası noyabrın 23-nə təyin edilib.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona 7 il, 10 ay 15 gün müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.

Qeyd: 2021-ci il sentyabrın 25-i saat 22 radələrində Göygöl rayonu, Hacıməlik qəsəbəsində 1987-ci il təvəllüdlü Azər Məhərrəmova bıçaqla xəsarətlər yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan araşdırmalarla zərərçəkmişin keçmiş qayınatası Amil İbrahimovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Azər Məhərrəmova bıçaqla çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Göygöl Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd etmə) maddəsi ilə cinayət işi başlanıb.

Amil İbrahimov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Paylaş