Azərbaycan Respublikası QHT- lərə Dövlət Dəstəyi Agentliyinin qrantı hesabına “Peşəyönümlü Təhsilin İnkişafına Yardım” İB «Milli universitetlərimizin tədqiqat və innovativ fəaliyyət modelinin tədqiqi” adlı 4 aylıq layihənin icrasını tamamlayıb.

Bu barədə “Korrupsiya.az”a İB-nin həmtəsisçisi İlham Əhmədov məlumat verdi. Sitat: “…Layihə müddətində beynəlxalq təcrübənin öyrənilməsi əsasında müasir universitet modelinin, universitetlərdə tədqiqat və innovativ fəaliyyətin təşkili və vəziyyətin təhlili aparılmış, təhlil və monitorinq işləri nəticəsində universitetlərimizdə tədqiqat və innovativ fəaliyyətin real vəziyyətinin qısa təsviri hazırlanmışdır. Tədqiqatın nəticələrinin 4 ali təhsil müəssisəsində -UNEC, ADPU, Qərb Universiteti və Azərbaycam Universitetində təqdimatı oldu. Təqdimatlar iştirakçılar tərəfindən böyük maraqla qarşılanmışdır. Tədbirlərə 200 nəfərə yaxın iştirakçı qatılmışdır”.

Xatırladırıq ki, Layihənin rəhbəri “Peşəyönümlü Təhsilin İnkişafına Yardım” İB-nin həmtəsisçisi dosent İlham Əhmədovdur.

Paylaş