Dağıstanın Xasavyurt şəhərində azərbaycanlı qadın iş adamı olan 37 yaşlı ərini dəmir plintusla ölənədək döyüb, sonra da guya “gecənin bir aləmində evə jəlmiş qonaqların ərinə hücum etdiyini” deyib.
Röya adlı qadın polisə belə ifadə verib: “Ərim Cabir Dubaydan qayıtmışdı. Ailəliklə onun qayıdışını qeyd edəndə qəflətən evə iki naməlum şəxs soxuldu. Onlar Cabiri döyüb öldürdülər”.
Röya daha sonra ifadəsində bildirib: “Cabir həmişə məni vəhşicəsinə döyürdü. Həmin gecə yatanda onu dəmir plintusla döyüb öldürdüm, qisasımı aldım”.