Sabail rayonu Nizami küçəsində binaların önünə artırılan obyektlər yanğınsöndürmə işlərinə maneə yaradır.

Bununla bağlı sosial şəbəkələrdə fotolar paylaşılıb.

Bildirilir ki, “Tarqovı”da yerləşən hotellərdən birinin birinci mərtəbəsindəki restoranın tüstü bacasında yanğın baş verib.

Sakinlərdən biri deyir ki, binanın özündə yanğın olsaydı, yanğınsöndürən maşın və ya başqa texnika hadisənin mərkəzinə yaxınlaşa bilməzdi.

Ümumilikdə bu kimi artırmaların fövqəladə vəziyyətlərdə təhlükəli olduğu deyilir.

Paylaş