Azərbaycanlı jurnalist və “Nə? Harada? Nə zaman?” televiziya oyununun iştirakçısı Rövşən Əsgərov Moskvanın Savyolovski Məhkəməsi tərəfindən 50 min rubl (945 AZN) cərimələnib.
Bu barədə RİA Novosti məlumat yayıb.
Qeyd edək ki, ötən ilin sentyabrında məhkəmə artıq Əsgərovu oxşar maddə ilə cərimələyib. Bundan əlavə, avqust ayında o, xarici şəxs kimi səlahiyyətli orqana hesabat təqdim etmədiyinə görə də cərimələnib./baku.ws