Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST Agentliyi) Gəncə DOST və Protez-Ortopedik Bərpa Mərkəzi üçün bina inşa ediləcək.
Binanın inşası üçün söküntü, tikinti və müxtəlif təchizat işlərini “Aztex Construction” MMC və “MAC Construction” QSC birgə konsorsiumu həyata keçirəcək.
Görüləcək ilərin dəyəri isə 12 mln 707 min 775 manatdır.