“Paşa Kapital İnvestisiya Şirkəti” QSC-nin vəzifəli şəxsi cərimə edilib.

Bu barədə Azərbaycan Mərkəzi Bankından bildirilib. Məlumata görə, AMB tərəfindən aparılmış kompleks yoxlama çərçivəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulması ilə bağlı İnzibati Xətalar Məcəlləsinin 598.1.2-ci maddəsinə müvafiq olaraq “Paşa Kapital İnvestisiya Şirkəti” QSC-nin vəzifəli şəxsi Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən 2 min manat məbləğində cərimə edilib.

Sözügedən maddəyə əsasən, investisiya şirkətinin vəzifəli şəxsi monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər tərəfindən eyniləşdirmə sənədlərinin və pul vəsaitləri və ya digər əmlakla əməliyyatlara dair sənədlərin saxlanması ilə bağlı vəzifələri yerinə yetirilməyib.

Paylaş