İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmət ötən il ərzində bəzi aparıcı supermarketlər haqqında inzibati protokollar tərtib edib.
Supermarketlər haqqında inzibati protokolun tərtib edilməsinin səbəbi qida məhsulunu üzərində göstərilən qiymətdən baha satılmaları olub.
Qeyd edək ki, barəsində ən çox inzibati protokol tərtib olanan marketlər şəbəkəsi “Araz” supermarketləri olub. Bu supermarket haqqında il ərzində 7 protokol tərtib edilib.
Bundan başqa BRAVO (“Azərbaycan Supermarket” MMC) haqqında 5, “OBA Market” haqqında isə 4 protokol yazılıb. “Al Market”, “Bazarstore” və “BM Market”lər də haqqında protokol tərib edilən digər marketlər şəbəkələridir.
Supermarketlər barəsində 2023-cü ilin yanvar-dekabr ayları ərzində tərtib olunan inzibati xəta haqqında protokolların siyahısını təqdim edirik: