Sabunçu rayonu Pirşağı qəsəbəsi ərazisində bir qrup məktəbli arasında dava olması barədə daxil olan müraciət əsasında ərazi üzrə polis orqanında təhqiqat araşdırması başlanılıb.
DİN mətbuat xidmətinin inspektoru polis kapitanı Nurlan Əliyev Pravda.az-a bildirib ki, xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertiza təyin edilib.
Hazırda araşdırmalar davam etdirilir.