Azərbaycanda balet artistlərinin – baletmeysterlər və balerinaların təqaüd yaşı 40-dan 65-ə qaldırılıb.
Bunu tanınmış jurnalist İlqar Əlfi bildirib.
“Ay camaat, 40 yaşında artıq ayaqları şikəst olan 65 yaşına qalar? Dostumdan soruşuram ki, sizin dərdinizi respublika rəhbərliyinə deyən yoxdur? Qayıdır ki, kim deyəcək, Opera və Balet Teatrı vəzifəlilərimizin yadına ancaq xariciləri tamaşaya gətirəndə düşür”.
Ə.Əlifinin sözlərinə görə, balet artistlərinin maaşı da digər incəsənət sahəsindəkindən aşağıdır:
“Mənim 40 yaşlı dostum ayda 700 manat məvacib alır, zədəsiz yeri yoxdur. Saçı da artıq ağarıb, səhnəyə çıxmazdan əvvəl saçına lak vurur ki, zaldakılar onu görəndə gülməsinlər”.
Jurnalist Mədəniyyət Nazirliyinə çağırış edərək, balet artistlərinin problemlərini diqqətə almağa səsləyib.