Prezident İlham Əliyev “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Hədəfli maliyyə sanksiyaları haqqında” qanunların icrası ilə əlaqədar “Maliyyə Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri haqqında” 9 fevral 2009-cu il tarixli fərmanında dəyişiklik edib.

Dövlət başçısı bununla bağlı yeni fərman imzalayıb.

Fərmana əsasən, nazirliyin səlahiyyətləri daxilində qanunla nəzərdə tutulmuş qaydada və hallarda strukturuna daxil olan müvafiq qurumlar vasitəsilə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı nəzarət orqanının funksiyalarını həyata keçirməsi vəzifəsi ləğv edilib.

Bundan başqa, nazirliyin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidmətinin qiymətli metalların və qiymətli daşların, o cümlədən qiymətli metallardan və qiymətli daşlardan hazırlanmış zərgərlik və ya digər məişət məmulatlarının alqı-satqısı ilə məşğul olan fiziki və ya hüquqi şəxslər tərəfindən “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanununun tələblərinə əməl edilməsinə nəzarət etmək vəzifəsi ləğv olunub.

Paylaş