Məktəbə hücum Yunanıstanın Patisia rayonunda baş verib.

Bu barədə Yunanıstanın ictimai televiziyası ERT məlumat yayıb.

“Bu gün səhər saat 8-dən sonra Patisia bölgəsindəki orta məktəbdə ciddi insident baş verib. Polisin məlumatına görə, şagirdlərdən birinin qardaşı olan əcnəbi vətəndaş məktəbə çəkiclə daxil olaraq 19 yaşlı gənc şagirdi yaralayıb, çəkiclə onun başına və bədəninə vurub, daha sonra isə məktəb direktorunu mədəsindən bıçaqlayıb.”, – ERT xəbər verir.

Məlumatda xəsarətlərin ciddi olmadığı, lakin hər iki zərərçəkənin ilkin tibbi yardım üçün xəstəxanaya aparıldığı bildirilir.

Polis hücum edən şəxsi saxlayıb. İlkin məlumata görə, o, qardaşını vuran məktəbliyə hücum edib.

Paylaş