Bakıda Azadlıq meydanının yeraltı avtomobil dayanacağında parkinq üçün tətbiq edilən qiymətlər artırılır.

Yeni tariflər aprelin 1-dən tətbiq ediləcək.

Satlıq tariflər:

0-1 saat – 1 manat

1-3 saat – 2 manat

3-6 saat – 3 manat

6-12 saat – 5 manat

12-24 saat 10 manat

Aylıq tariflər:

12 saatlıq – 100 manat

24 saatlıq – 140 manat

Qonşular – 75 manat

Qeyd edək ki, daha əvvəl bu parkinqdə qiymətlər 0-2 saat – 1 manat, 2-5 saat – 2 manat, 5-12 saat – 3 manat, 12-24 saat – 6 manat təşkil edirdi.

Aylıq abunə paketləri isə 12 saat üçün 50 manat, 24 saat üçün isə 80 manat idi.

Xatırladaq ki, bundan əvvəl Qış parkının yeraltı avtomobil dayanacağında da qiymətlərin 170 faiz artırılacağı bildirilib.

Paylaş