Ali Məhkəmədə mənimsəmədə təqsirləndirilən Emin Şahkərimovun barəsindəki məhkəmə qərarından verilən kassasiya şikayətinə baxılıb.

Korrupsiya.az-ın əldə etdiyi məlumata görə, hakim Əziz Seyidovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.
Qeyd: Emin Şahkərimov “A+CO” MMC-nin satış təmsilçisi vəzifəsində işləyib. O, işlədiyi müddətdə şirkətin 100335 manat pulunu mənimsəyib. Daha sonra Emin Şahkərimov MMC rəhbərliyinin şikayəti əsasında saxlanılıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Sumqayıt Apellyasiya Məhkəməsi onun cəzasını 7 ilə endirib.

Paylaş