Ruslar Xarkovu atəşə tutmağa davam edir, şəhərdə vəziyyət çox ağırdır.

Korrupsiya.az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski axşam videomüraciətində bildirib.

O qeyd edib ki, Ukrayna hakimiyyəti Xarkovu hava hücumlarından daha yaxşı qorumaq üçün yollar axtarır:

“Şəhərdə vəziyyət çox ağırdır, daimi rus terroru var. Biz Xarkovu daha çox qorumaq üçün imkanlar axtarırıq. Bu, həm hərbçilər, həm də Ukraynanın bütün diplomatları, beynəlxalq əlaqələrə cavabdeh və tərəfdaşlarla hər gün dialoqda olan hər kəs üçün problemdir”.

Paylaş