Birinci Qarabağ müharibəsi zamanı şəhid olmuş və respublikanın 13 şəhər və rayonunun ərazisində yerləşən 21 qəbiristanlıqda tanınmadan dəfn edilmiş 64 nəfərin şəxsiyyəti müəyyənləşib.

 

Bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının (Dövlət Komissiyası) katibi, İşçi qrupunun rəhbəri İsmayıl Axundov deyib.

 

İşçi Qrupun rəhbəri bildirib ki, ümumilikdə 586 nəfərə aid meyit qalığı aşkar edilmiş və onlardan 108 nəfərin artıq şəxsiyyəti müəyyən edilib: “Onların 35 nəfəri artıq ictimaiyyətə elan olunub. 73 nəfərin ictimaiyyətə elan olunması ilə bağlı müvafiq prosedurlar həyata keçirilir. Həmin 73 nəfərdən 64 nəfəri naməlum şəhid məzarlarından tapılan şəxslərdir, 9 nəfərin meyit qalığı isə Edilli, Daşaltı və Sarıcalı kəndlərində aşkarlanmış kütləvi məzarlıqlardan götürülüb”.

 

APA

Paylaş