İsmayıllı şəhərində ehtiyatda olan hərbçi, polkovnik-leytenant Mərdan Əhmədovu avtomobillə vurub öldürməkdə təqsirləndirilən Arif Mirzəyevin barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclasının vaxtı məlum olub.

Korrupsiya.az-ın əldə etdiyi məlumata görə, Ali Məhkəmədə keçiriləcək ilkin hazırlıq iclası aprelin 30-na təyin edilib.

 

Şikayət hakim Şahin Yusifovun sədrliyi ilə araşdırılacaq.

 

O, cəzasının yüngülləşdirilməsini istəyir.

 

Qeyd: Hadisə 2022-ci ilin 19 noyabr tarixində İsmayıllı şəhərində qeydə alınıb. Belə ki, A.Mirzəyev idarə etdiyi “Toyota Corolla” markalı avtomobillə 44 yaşlı hərbçini M.Əhmədovaraq öldürüb.
Xatırlatma: İsmayıllı Rayon Məhkəməsinin hökmü ilə o, 5 il 1 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. A.Mirzəyev məhkəmə zalındaca həbs edilib. Şəki Apellyasiya Məhkəməsi onun apellyasiya şikayətini təmin etməyib. 1979-cu il təvəllüdlü M.Əhmədov Daxili Qoşunların ehtiyatda olan xüsusi təyinatlı polkovnik-leytenantı olaraq xidmət müddətində Azərbaycan Prezidenti adından qüsursuz xidmətə görə bir çox medalla təltif olunub.

Paylaş